Ucarda yol qəzası - Xəsarət alan var

30 Mart 2026 15:26

Ucarda yol qəzası olub, xəsarət alan var.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.

"BMW" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.

Milli.Az