Millimizin ikinci matçı bu gün start götürür

30 Mart 2026 09:31

Futbol üzrə Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.

Milli.Az xəbər verir ki,  Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

Milli.Az