Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanıza daxil edərək xəstəliklərə əlvida deyə bilərsiniz.
Milli.Az xəbər verir ki, müasir tibb və qastronomiyanın kəsişməsində duran kəklikotu min illərdir istifadə edilən təbii bir aptekdir. Elm sübut edir ki, kəklikotunun tərkibindəki komponentlər sandığımızdan daha güclü bir qoruma qalxanıdır.
Kəklikotuna o özünəməxsus qoxunu verən və əsas gücünü qatan iki ana komponent var: Timol və Karvakrol.
Bu iki efir yağı laboratoriya sınaqlarında bir çox zərərli bakteriya və göbələk növünə qarşı yüksək müqavimət göstərib. Xüsusilə tənəffüs yolu infeksiyalarında kəklikotunun "təbii antibiotik" adlandırılmasının səbəbi bu maddələrin mikrobların hüceyrə divarını pozaraq onları təsirsiz hala gətirmə qabiliyyətidir.
Antioksidant mövzusunda kəklikotu bir çox meyvə və tərəvəzi geridə qoyur. Tərkibindəki yüksək flavonoid və polifenol səviyyələri:
Hüceyrə stresini azaldır.
Qocalma təsirlərini gecikdirir.
Xroniki xəstəliklərə qarşı bədən müqavimətini artırır.
Kəklikotundan maksimum fayda almaq üçün 3 qızıl qayda:
Kəklikotunu qaynatmaq olmaz, çünki bu zaman tərkibindəki şəfalı yağlar buxarlanıb gedir. Ən doğru üsul: suyu qaynadıb ocaqdan götürün, içinə bir çay qaşığı dağ kəklikotunu əlavə edin və ağzı qapalı şəkildə 5-7 dəqiqə dəmləyin. Ağzının qapalı olması timol və karvakrolun suyun içində qalmasını təmin edir.
Əgər xroniki mədə probleminiz yoxdur sa, bir stəkan suya 1-2 damcı təmiz kəklikotu yağı əlavə etmək maddələr mübadiləsini sürətləndirir və həzm sistemini təmizləyir. Diqqət: Kəklikotu yağı çox yandırıcıdır, mütləq durulaşdırılaraq istifadə edilməlidir.
Kəklikotundakı bəzi aktiv maddələr yağda həll olur. Keyfiyyətli zeytun yağının içine bolca kəklikotu əlavə edib qaranlıq yerdə saxlamaq həm dadlı bir sous, həm də şəfalı bir qarışıq yaradır.
Hər güclü vasitə kimi, kəklikotunun da artığı zərərli ola bilər. Xüsusilə:
Hamilələr,
Aşağı qan təzyiqi (hipotenziya) olanlar,
Qansulandıran dərman istifadə edənlər
kəklikotu kürlərinə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
Lalə Qüdrətova
Milli.Az