"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?" - "Rolls-Royce" aldı

29 Mart 2026 22:06

Məşhur rusiyalı müğənni Maşa Rasputina sahib olduğu bahalı avtomobillə bağlı tənqidlərə cavab verib.

Milli.Az xəbər verir ki, ifaçı qatıldığı proqramda aparıcı ondan lüks avtomobilinin və daşınmaz əmlakının faktiki gəlirinə nə dərəcədə uyğun olduğunu soruşub. Müğənninin reaksiyası gözlənilmədən sərt oldu.

"Mən heç vaxt xaricdə ev sahibi olmamışam. Uşaqlar, mən kiməm? Mən Mariya Nikolayevna Rasputinayam. Rus pop ulduzuyam!", deyə müğənni bildirib.

Maşa həmçinin vurğulayıb ki, lüks həyat onun kimi bir insan üçün bir şıltaqlıq deyil, zərurətdir:

"Jiquli" sürməliyəm? Nə danışırsan? Bir düşün! Beləliklə, biz bahalı "Rolls-Royce" aldıq və indi konsertlərə, təqdimatlara onunla gedirəm. Dəbdəbəli şəkildə gəzməliyəm. Ulduzlar belə yaşamalıdır". (Axşam.az)

Milli.Az