Ağdaşda doğum zamanı körpə öldü

29 Mart 2026 18:25

Ağdaş rayonunda doğum zamanı körpə ölüb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun Qoşaqovaq kənd sakini, 1998-ci il təvəllüdlü Gülşəndə Telman qızı Nəsirova xəstəxanada uşaq dünyaya gətirib.

Həkimlər uşağın ölü doğulduğunu bildiriblər.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az