Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

29 Mart 2026 14:24

Xətai rayonunda talama cinayəti qeydə alınıb. 

Milli.Az xəbər verir ki, naməlum şəxs azyaşlı qızın 400 manat dəyərində qızıl sırğasını ələ keçirərək hadisə yerindən yayınıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı K.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az