Teleqram Rusiyada bərpa oluna bilər

29 Mart 2026 14:40

Teleqramın Rusiyadakı fəaliyyətinin bərpa olunma ehtimalı yüksəkdir.

Milli.Az xəbər verir ki, bunu İnsan Hüquqları Şurasının üzvü Aleksandr İonov deyib.

"Messencer komandası çox güman ki, Rusiya ilə razılığa gələcək və tələb olunan şərtləri, xüsusən də ekstremizm və ölkəmizin milli təhlükəsizliyinə təhdid yaradan kanallarla bağlı şərtləri yerinə yetirəcək", - o bildirib./Axar.az

Milli.Az