Bu gün İrəvanda Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidmət və ya siyasi fəaliyyətinə müdaxilə) üzrə cinayət işi açılıb.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Olayla bağlı hazırda 3 nəfər saxlanılıb.
Saxlanılanlardan ikisi əkiz qardaş və məktəblidir. (APA)
------------
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Tsaxkazard liturgiyası üçün Müqəddəs Anna kilsəsində olan zaman insident baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Paşinyan tərəfdarları ilə kilsədən çıxan zaman bir gənc ona yaxınlaşıb. Lakin baş nazirin cangüdənləri onu yaxınlaşmağa qoymayıblar.
Gənc Paşinyana "Mənə elə baxma" deyib və yumruq da atıb.
Milli.Az