Aeroport yolunda sürət həddi bərpa edildi

29 Mart 2026 12:15

Yağışlı hava şəraiti ilə əlaqədar Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd edək ki, sözügedən yolda sürət həddi martın 25-də endirilmişdi.

Milli.Az