3 otaqlı ev yanaraq yararsız hala düşdü

29 Mart 2026 11:00

Bərdənin Çəmənli kəndində üç otaqlı ev bütün əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Milli.Az xəbər verir ki, yanğın qaz balonundakı nasazlıq nəticəsində yaranan sızmadan başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon yanğınsöndürən briqadası göndərilib. Yanğın operativ şəkildə nəzarətə götürülərək söndürülüb və alovun yaxınlıqdakı tikililərə yayılmasının qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır./Trend.Az

Milli.Az