Bu ölkənin sabiq prezidenti öldü

29 Mart 2026 09:21

Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında dünyasını dəyişib. 

Milli.Az xəbər verir ki, Zərvalın uzun müddətdir xəstəliklərlə mübarizə apardığı və hərbi xəstəxanada müalicə aldığı bildirilir.

Zərval müalicə aldığı xəstəxanada vəfat edib. 

Qeyd edək ki, Zərval 1994-cü ildən 1999-cu ilə qədər prezident vəzifəsində çalışıb.

Milli.Az