Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisindən qeydə alınıb.
Belə ki, hərəkətdə olan yük avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1971-ci il təvəllüdlü M. İbrahimxəlilov xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Milli.Az