ABŞ bankına hücumun qarşısı alındı

28 Mart 2026 20:00

Parisdə bir nəfər Fransa paytaxtının mərkəzində yerləşən "Bank of America" filialında partlayış planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.

Milli.Az-ın məlumatına görə, bu barədə "Le Journal du Dimanche" qəzeti xəbər verib.

Məlumata əsasən, şübhəli şəxs martın 27-nə keçən gecə saat 3:25-də bank binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu partlatmağa cəhd edərkən saxlanılıb.

Patrul polislər şəffaf maye şüşəsi və 650 qram barıt olan fişəngdən ibarət cihazdakı qoruyucunu yandırmağa çalışarkən onu görüblər. Yaxınlıqda olan ikinci şübhəli şəxs hadisə yerindən qaçıb. Dindirmə zamanı saxlanılan şəxs bildirib ki, onları naməlum şəxs işə götürüb və o, onlara 600 avro mükafat vəd edib. (Trend)

Milli.Az