Lənkəranda avtomobillər toqquşdu - 5 nəfər xəsarət aldı

28 Mart 2026 18:35

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının rayonun Şağlaküçə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" və "Opel" markalı minik avtomobilləti nəqliyyat vasitələri toqquşmaı nəticəsində ümumilkdə 5 nəfər xəsarət alıb.

Onlar Lənkəranın Xarxatan kəndindən olan 1997-ci il təvəllüdlü Mirşamil Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidi Məmmədzadə, Şovu kəndindən olan 2005-ci il təvəllüdlü Aydan Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Məmmədli və Rvo kəndindən olan 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərlidir.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, zəruri ilkin tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az