Lotu Qulinin yaxın adamı öldü

28 Mart 2026 17:41

Kriminal aləmdə "Batya" ləqəbi ilə qanuni oğru Otari Totoçiya dünən Şimali Kiprdə 66 yaşında vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, ağır xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Otari Totoçiya Suxumidə anadan olub, Tiflisdə yaşayıb və kriminal fəaliyyətlə məşğul olub.

Həmçinin Uzaq Şərqdə həbsdə olub. 1992-ci ildə azadlığa çıxandan sonra Totoçiya Moskvada məskunlaşıb və "oğrulara qarşı" maddə Cinayət Məcəlləsinə daxil edilənə qədər orada yaşayıb.

Rusiya həbsxanalarında "yaxşı ad" qoyan Totoçiya qısa müddətdə ölkənin ən nüfuzlu qanuni oğrularından birinə çevrilib. Onun təsiri xüsusilə Ural və Qərbi Sibirin neft regionlarında geniş yayılıb.

Rusiyanı tərk etdikdən sonra Totoçiya bir müddət Türkiyədə, "Lotu Quli" kimi tanınan azərbaycanlı mərhum qanuni oğru Nadir Səlifovun yanında olub. Kvjeoviç, Badri və digərləri ilə qarşıdurmalarda Qulinin tərəfini tutaraq uzun müddət qoruduğu neytrallığı pozub.

Qulinin qətlindən sonra onun qardaşı Namiqin dəstəyindən məhrum olan Otar Kiprə köçüb.

Milli.Az