Azərbaycanlı müğənni hər kəsdən gizlin özünə dəbdəbəli TOY ETDİ - VİDEO

31 Mart 2026 09:18

Azərbaycanlı müğənni Aygül Bayramovanın gizli şəkildə evlənməsi ilə bağlı yayılan xəbərlər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, iddialara görə, sənətçi heç bir açıqlama vermədən, mediadan uzaq şəkildə olduqca dəbdəbəli toy mərasimi təşkil edib.

Toyun detalları ictimaiyyətə tam açıqlanmasa da, yayılan məlumatlarda mərasimin yüksək səviyyədə təşkil olunduğu, seçilən məkan, dekorasiya və qonaq siyahısının diqqət çəkdiyi bildirilir. Bu məqamlar da istifadəçilər arasında müzakirələrə yol açıb.

Sosial şəbəkələrdə mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi izləyicilər müğənninin şəxsi həyatını gizli saxlamasını normal qarşılayaraq bunu onun seçimi kimi dəyərləndirir. Digər tərəfdən isə toy kimi böyük bir hadisənin gizli keçirilməsi bəziləri tərəfindən təəccüblə qarşılanıb.

Qeyd edək ki, Aygül Bayramova Xalq artisti Röya Ayxanın xalası qızıdır.

Musa
Milli.Az