Martın 29-da intensiv yağış yağacaq - PROQNOZ

28 Mart 2026 13:43

Martın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur.

Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Milli.Az