Aparıcı Nanə Ağamalıyeva yenidən gözlərindən əməliyyat olunub.
Milli.Az xəbər verir ki, bu barədə o özü payalaşım edib. Aparıcı illərdir görmə qabiliyyətində olan problemlərdən qurtulduğunu bildirib:
"2013-cü ildən etibarən hər iki gözüm zəifləmişdi və mən 13 il ərzində +3.5 ölçülü linza və eynəkdən istifadə edirdim. Nəhayət, qərar verdim ki, artıq bu gün əməliyyat olunum. Bu əməliyyatda yaxın və uzaq görmənin bərpası üçün linza tətbiq olundu. Artıq həm yaxın məsafəni, həm də uzağı ideal şəkildə görürəm.
Bildiyiniz kimi, daha əvvəl göz rəngi dəyişmə əməliyyatı da keçirmişəm. Bu səbəbdən qeyd etmək istəyirəm ki, göz rəngini dəyişdirmiş pasiyentlər də bu cür linza əməliyyatına rahatlıqla müraciət edə bilərlər.
Hazırda bu sözləri yazdığım anda belə eynəksiz olduğuma inana bilmirəm. Əməliyyat isə bu gün olub. Mənim üçün çox duyğulu anlardır. Çünki ilk dəfədir ki, uzun illərdən sonra hər şeyi bu qədər aydın, parlaq görürəm.
Bu gün həyatımda xüsusi bir gündür. 27 mart 2026, cümə günü. Bu əməliyyat sadəcə görməni düzəltmir. O, insanın gündəlik həyat ritmini dəyişir. Səhər oyanırsan, əlin avtomatik eynəyə getmir. Telefonu götürürsən, heç nəyi yaxınlaşdırmadan oxuyursan. Uzağa baxırsan, hər şey daha aydın və daha dəqiq görünür".
Qeyd edək ki, Nanə daha əvvəl göz rəngini dəyişdirmək üçün əməliyyat olunmuşdu. (Axşam.az)
Milli.Az