Bu gün saat 12 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Milli.Az