Sabir Cəfərova ağır cəza VERİLDİ

27 Mart 2026 16:46

Güləş üzrə Azərbaycan millisinin üzvü Sabir Cəfərov ağır cəzaya məruz qalıb.

AMADA-dan Milli.Az-a verilən məlumata görə, idmançının qadağan edilmiş maddədən istifadə etdiyi üzə çıxıb.

Nəticədə Sabir Cəfərov 48 ay müddətinə diskvalifikasiya olunub. Onun cəzasının müddəti 2025-ci ilin sentyabrından başlayır.

Milli.Az