Hörmüz Boğazı tamamilə BAĞLANDI

27 Mart 2026 14:52

İran və ABŞ‑İsrail müharibəsi nəticəsində Hörmüz Boğazı vasitəsilə normal gəmiçilik tamamilə dayandırılıb.

Milli.Az "Al-Jazeera"yə istinadən xəbər verir ki, Hörmüz Boğazı gərginliyin artması səbəbindən praktiki olaraq bağlanıb.

Bu, qlobal ticarət və enerji bazarlarında ciddi rezonans doğurub.

Boğazın bağlanması ilə enerji qiymətləri kəskin artıb. Neft bazarında qeyri‑sabitlik nəticəsində "Brent" markalı neft qiymətləri yüksəlib.

BƏƏ və bir sıra ölkələr boğazı yenidən açmaq üçün çoxmillətli dəniz tapşırığına qoşulmaq istədiklərini bildiriblər.

Milli.Az