Masallıda ağır yol qəzası - Ölən və yaralılar var

27 Mart 2026 14:42

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Milli.Az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.

Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. /Unikal.az

Milli.Az