Balıqçılar Kürdə köməksiz vəziyyətdə qaldı

27 Mart 2026 13:45

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar.

Milli.Az xəbər verir ki, rayon sakinləri olan bir neçə nəfər Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə balıqçılar Kürün ortasındakı adada qalıblar.

Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib. Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır./unikal.az

Milli.Az