ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Tehran xoş niyyət jesti olaraq Vaşinqtona səkkiz neft tankerini təhvil verməyə söz verib.
Milli.Az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Onlar dedilər ki, ciddi olduqlarını göstərmək üçün təmaslar çərçivəsində sizə neftlə dolu səkkiz gəmini, səkkiz böyük neft tankerini almağa imkan verəcəyik. Bu, iki gün əvvəl baş verib", - ABŞ lideri qeyd edib.
"Məncə, onlar Pakistan bayrağı altında üzür", - deyə ABŞ administrasiyasının rəhbəri sözügedən neft tankerləri barədə əlavə edib. (Oxu.Az)
Milli.Az