Xalq artisti Mələkxanım Eyubova yeni doğulan nəvəsi ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi nəvəsinin fotosunu yayımlayaraq üzünü gizlədib. O, paylaşımına "Dünyamıza xoş gəldin, qızım" şərhini yazıb.
Qeyd edək ki, körpə M.Eyubovanın bloger qızı Nəzrin Nəcəfova ilə onun müğənni həyat yoldaşı Mərdan Kazımovun qızıdır. Sənətçinin 4 övladı və daha 2 nəvəsi var. (Axşam.az)
Milli.Az