UEFA Millətlər Liqası: Pley-off oyunları bu gün keçirilir

26 Mart 2026 13:50

Bu gün UEFA Millətlər Liqasında C və D Divizionlarının son 2 iştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunları keçiriləcək.

Milli.Az xəbər verir ki, Latviya millisi Cəbəllütariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçları martın 31-də olacaq. Bu cütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Cəbəllütariq - Latviya matçının qalibi C Liqasının 2-ci, məğlubu D Liqasının 1-ci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C Liqasının 4-cü, məğlubu isə D Liqasının 1-ci qrupunda mübarizə aparacaq.

Milli.Az