Mətbəxin imtinaedilməz tərəvəzi olan kartof, düzgün saxlanılmadıqda tez bir zamanda cücərir və yumşalır. Xüsusilə torbayla alınan kartofları aylarla ilk günkü kimi təzə saxlamağın yolu tapılıb.
Milli.Az xəbər verir ki, kartof torbasının və ya saxlanma qabının içinə bir ədəd təzə alma qoymaq ən qeyri-adi, lakin ən effektiv təbii üsuldur. Alma yetişmə prosesində etilen qazı ifraz edir. Bu qaz bir çox meyvəni tez çürütsə də, kartoflar üzərində tam əks təsir yaradır: hüceyrə bölünməsini ləngidir və cücərməni demək olar ki, tamamilə dayandırır. Təxminən 10 kq kartof üçün araya yerləşdirilən tək bir alma, onların həftələrlə bərk və təzə qalması üçün kifayətdir.
Kartoflar təbiəti gərəyi işığa məruz qaldıqda "oyandıqlarını" zənn edib sürətlə cücərməyə və göyərməyə başlayırlar.
Tam qaranlıq: Kartofları mütləq qaranlıq kilerdə və ya şkafda saxlamalısınız.
Hava sirkulyasiyası: Qətiyyən neylon torbalarda saxlamayın. Bunun əvəzinə parça torbalar, həsir səbətlər və ya deşikli karton qutular istifadə edərək rütubətin yığılmasının qarşısını alın.
Mətbəxdə edilən ən böyük səhv kartof və soğanı eyni səbətdə və ya yan-yana saxlamaqdır. Soğanlar yüksək miqdarda rütubət və qaz ifraz edir ki, bu da yanındakı kartofların rekord müddətdə cücərməsinə səbəb olur. Kartofun ömrünü uzatmaq üçün onları soğandan və digər nəmli tərəvəzlərdən tamamilə fərqli bölmədə saxlamalısınız.
Qurudulmuş bitkilərdən yararlanın
Kartofların arasına səpəcəyiniz quru nanə, adaçayı və ya lavanda təbii qoruyucu rolunu oynayır.
Nanənin təsiri: Xüsusilə quru nanənin kartofların "yuxuda" qalma müddətini uzatdığı elmi olaraq müşahidə edilib.
Qoxu əleyhinə: Bu üsul həm də saxlama yerindəki ağır torpaq qoxusunu aradan qaldıraraq daha təzə bir hava yaradır.
Lalə Qüdrətova
Milli.Az