Hər gün istifadə edirik, amma heç təmizləmirik

25 Mart 2026 19:59

Evimizdə hər gün istifadə etdiyimiz o əşya, əslində bir kif və bakteriya yuvası ola bilər. Aparılan araşdırmalar göstərir ki, xalça və ayaqaltılar kifayət qədər təmizlənmədikdə sağlamlıq üçün ciddi təhlükə yaradır.

Milli.Az xəbər verir ki, son tədqiqatlar sübut edib ki, demək olar ki, hər evdə olan xalça, kilim və ayaqaltılar düzgün təmizlənmədikdə kif, göbələk və allergenlərin çoxalması üçün əlverişli mühit yaradır. Ekspertlər rütubəti çəkmək və çirki toplamaq üçün nəzərdə tutulmuş bu əşyaların, xüsusilə qış aylarında ciddi gigiyenik risk daşıdığına diqqət çəkir.

"Kleen-Tex Home" tərəfindən paylaşılan məlumatlara görə, istifadəçilərin 62%-i xalça və kilimlərini ayda ən azı bir dəfə yumur. Hər üç nəfərdən biri isə bu məhsulları orta hesabla beş ayda bir dəfə təmizlədiyini bildirib. İnadkar ləkələr, yaş ayaqqabılar və qeyri-kafi havalandırma kimi faktorlar yumşaq səthlərin dərinliklərində görünməz kif yaranmasına zəmin hazırlayır.

Xalça və ayaqaltılarda yığılan kif və allergenlər tənəffüs yollarını qıcıqlandıra və mövcud allergiyaları kəskinləşdirə bilər. Mütəxəssislər vurğulayır ki, bu vəziyyət xüsusilə uşaqlar, yaşlılar və həssas orqanizmə malik şəxslər üçün daha yüksək risk yaradır.

Ev gigiyenasını və hava keyfiyyətini qorumaq üçün xalça və ayaqaltı təmizliyində aşağıdakı addımların izlənilməsi məsləhət görülür.

Xalça və kilimlərin həftədə ən azı bir dəfə tozsoranla təmizlənməsi, tozsoranlamadan əvvəl imkan varsa çöldə çırpılması, ayda bir dəfə 40°C və daha yüksək temperaturda yuyulması, yuyulma və ya nəmlənmə sonrası məhsulların tamamilə quruduğundan əmin olunması.

Lalə Qüdrətova
Milli.Az