Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO

25 Mart 2026 18:32

Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib.
Konsert dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçib.

Milli.Az xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Cəngi" əsəri ilə başlayan

bayram ovqatlı konsert "Bahar olsun", "Bayram süitası", "İlk bahar", "Çıx yaşıl düzə", "Bayram axşamlarında", "Töhfə", "Uzundərə" kimi Azərbaycan bəstəkarlarının bahar təravətli, vətənpərvərlik və sevgi ruhlu əsərləri ilə davam edib.

Konsertdə ifaçılar Zümrüd Məmmədova, Bəxtiyar Quliyev, Mədinə Səlimova və Riyad Eyvazov çıxış ediblər. Eyni zamanda, tarzən Kamal Nuriyev, kamança ifaçısı Anar Yusub və balaban ustası Şaiq Əsədov da səhnə alıblar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az