Yağıntılı hava martın 27-də GÜCLƏNƏCƏK

25 Mart 2026 15:56

Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır.

Xidmətdən Milli.Az-a verilən xəbərə görə, yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənilir./Apa

Milli.Az