2025-ci ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,390 milyon ABŞ dolları təşkil edib.
Milli.Az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 647 min ABŞ dolları və ya 6,4% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Kanadanın payı 1,9% təşkil edib.
Həmçinin 2025-ci ildə Kanadadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,382 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 790 min ABŞ dolları və ya 17,2% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Kanadanın payı 0,5% təşkil edib.
2024-cü ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,037 milyon ABŞ dolları, əks istiqamətdə isə 4,592 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur./Trend.Az
Milli.Az