Trampın reytinqi ən aşağı həddə düşdü

25 Mart 2026 18:16

İran müharibəsi və yanacaq qiymətlərinin kəskin artması fonunda ABŞ Prezidenti Donald Trampın reytinqi 36%-ə düşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi və "İpsos" araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.

"ABŞ Prezidenti Donald Trampın reytinqi 36%-ə düşüb ki, bu da prezidentliyə qayıtdıqdan bəri ən aşağı səviyyədir. Çünki yanacaq qiymətlərinin artması və İran müharibəsinə qarşı artan müxalifət ictimai rəyə ağır təsir göstərir", - məlumatda qeyd olunub.

Milli.Az