Zərdabda dəhşətli QƏZA: Ölənlərin sayı artdı - YENİLƏNİB - FOTO

25 Mart 2026 19:03

Bu gün Zərdabda yol qəzasında xəsarət alan 4 nəfərdən biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alan Mütəllim Mütəllimov həkimlərin səyinə baxmayaraq, Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.

---------
Zərdabda yol-nəqliyyat hadisəsi olub, ölənlər və xəsarət alanlar var.

Milli.Az xəbər verir ki, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai Santa Fe" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

İlkin məlumata görə, iki nəfər ölüb, üç yaralı var.

Fakt araşdırılır. /APA

Milli.Az