65 yaşlı kişi faciəvi şəkildə öldü

25 Mart 2026 10:40

Beyləqan rayonunda bədbəxt hadisə nəticəsində 65 yaşlı kişi həyatını itirib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Xaçınabad kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işi apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az