Ağır qəza: 2 qardaş öldü, 2 də yaralı var

25 Mart 2026 09:42

Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. İki nəfər - Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az