İran Türkiyəyə qaz ixracını dayandırıb? - YENİLƏNİB

24 Mart 2026 22:34

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu məlumatı təkzib edib. Jurnalistlərin suallarını cavablandıran nazir qeyd edib ki, təbii qaz təchizatı ilə bağlı heç bir problem yoxdur: "Anbarlar 71 faiz doludur. İrandan qaz tədarükü davam edir".

-------
İran İsrailin Cənub Pars qaz yatağına zərbələrindən sonra Türkiyəyə qaz ixracını dayandırıb.

Milli.Az xəbər verir ki, Türkiyə qaz tələbatının təxminən 14%-ni İran qazı hesabına təmin edir, lakin qısa müddətdə bu itkini Rusiya və Azərbaycan qazı, həmçinin ehtiyatları hesabına kompensasiya edə bilər.

İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə hələlik naməlumdur.

Milli.Az