Minik maşını aşdı - ölən var - FOTO

24 Mart 2026 17:20

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az