Kim Çen In ölkəsinin "ən böyük düşməni"nin adını AÇIQLADI

24 Mart 2026 14:26

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In rəsmi olaraq Cənubi Koreyanı "ən böyük düşmən ölkə" adlandırıb və təxribat halında nəticələr barədə xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Kim əlavə edib ki, rəsmi Seul Pxenyana qarşı istənilən təxribata görə pul ödəyəcək.

Şimali Koreya lideri açıqlamasında ölkəsinin nüvə silahı dövləti statusunun heç vaxt dəyişməyəcəyini bildirib. O, düşmən qüvvələrlə mübarizə aparmaq, Şimali Koreyanın müdafiə nüvə çəkindirmə qabiliyyətini gücləndirmək və nüvə qüvvələrinin milli və regional təhlükəsizliyə, strateji təhdidlərə sürətli və dəqiq cavab verməsi üçün səy göstərəcəyinə söz verib.

Agentlik həmçinin bildirib ki, Ali Xalq Məclisinin sessiyasında KXDR Konstitusiyasının yenidən işlənməsi müzakirə olunub. Yekdilliklə qəbul edilmiş qanun layihəsinə əsasən, Konstitusiyaya əlavə və dəyişikliklər ediləcək, o cümlədən "KXDR-in Sosialist Konstitusiyası"nın "KXDR Konstitusiyası" adlandırılması nəzərdə tutulub.

İclasda gündəlikdəki altıncı bənd kimi dövlət büdcəsi də müzakirə olunub.

Agentlik qeyd edib ki, 2026-cı il dövlət büdcəsi investisiyaları bütün hərbi təhdidlərin qarşısını ala biləcək daha güclü bir qüvvənin qurulmasına, ölkənin suverenliyini və təhlükəsizliyini qorumağa, bütövlükdə milli iqtisadiyyat üçün bu ilin istehsal hədəflərinə uğurla çatmağa, elm, təhsil, səhiyyə, ədəbiyyat və incəsənət daxil olmaqla bütün sahələrin və bölmələrin inkişafını stimullaşdırmağa, xalqın güzəranının yaxşılaşdırılmasına töhfə verməyə yönəltmək üçün nəzərdə tutulub.

Milli.Az