"Qalatasaray" klubunun ulduz hücumçusu Viktor Osimhenin Nigeriyanın Lagos şəhərində təxminən 2 milyon avro (101 milyon TL) dəyərində dəbdəbəli ev aldığı məlum olub.
Milli.Az xəbər verir ki, məlumata görə, müasir memarlıq üslubunda tikilən üçmərtəbəli yaşayış evi geniş yaşayış sahələri, şəxsi bağça və yüksək səviyyəli təhlükəsizlik sistemi ilə təchiz edilib. Evin görüntüləri sosial mediada yayılaraq istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Osimhen əvvəlki müsahibələrində futboldan kənar gəlir mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sahələrə investisiya etməyin önəmini qeyd edib. Bu səbəbdən nigeriyalı futbolçu təkcə meydandakı performansı ilə deyil, həm də ağıllı investor kimi diqqət çəkir.
Fidan
Milli.Az