Dəhşətli hadisə yaşanıb. Arvadını qətlə yetirən şəxs saxlanıldı.
Milli.Az xəbər verir ki, boşanma mərhələsində olduğu həyat yoldaşı Özləm Aslanı marketə gedərkən saxlayan Nihat Aslan ağır cinayət törədib.
Belə ki, Nihat Aslan həyat yoldaşının yolunu kəsərək ona hücum edib və ağır xəsarətlər yetirib. Üç uşaq anası olan Özləm Aslan ətrafdakı vətəndaşların bütün səylərinə baxmayaraq hadisə yerində həyatını itirib.
Hadisədən sonra qaçaraq bir dostunun evində gizlənən şübhəli şəxs polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddət ərzində tapılaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Musa
Milli.Az