Bakıda 70 yaşlı Alzaymer xəstəsi Nazim Məmmədzadə itkin düşüb.
Milli.Az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər.
Onlar bildiriblər ki, 1956-cı il təvəllüdlü kişi dünən saat 13:40 radələrində Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində evdən çıxıb və naməlum istiqamətə gedib.
Evdən çıxarkən onun əynində qəhvəyi sviter, qara şalvar, boz rəngdə parça ayaqqabı olub. Alnında xalı var, danışmaqda çətinlik çəkir.
Bu şəxsi görənlərdən yaxınlıqdakı polis əməkdaşlarına və ya polis şöbəsinə xəbər vermələri xahiş olunur.
Hadisə ilə bağlı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə də müraciət edilib və polis tərəfindən axtarış tədbirləri görülür.
Milli.Az