"OnlyFans"ın sahibi Leonid Radvinski 43 yaşında vəfat edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" şirkəti məlumat yayıb.
"Biz Leo Radvinskinin vəfatı xəbərindən dərindən kədərlənirik. Leo xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra dünyasını dəyişib", - deyə xəbərdə bildirilib.
Radvinski 1982-ci ildə Odessada anadan olub. Sonra ailəsi ABŞ-yə köçüb və o, orada böyüyüb.
O, "OnlyFans"ı 2018-ci ildə əldə edib və platformanı "Fenix International" şirkəti vasitəsilə idarə edib.
"Reuters"in məlumatına görə, Radvinski yeganə səhmdar olub və son illər ərzində biznesdən 1 milyard dollardan çox qazanc əldə edib.
Milli.Az