Şamxani ilə birgə o da öldürülüb, cəsədi indi TANINDI

23 Mart 2026 16:30

İran Ali Müdafiə Şurasının keçmiş katibi Əli Şamxaninin cangüdənlərindən biri Məhəmməd Qənbərinin cəsədini təxminən bir aydan sonra tanımaq mümkün olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə 12 günlük müharibə zamanı öldürülən SEPAH-ın mərkəzi qərargahı "Xatəm əl-Ənbiya"nın komandiri Əli Şadmaninin qızı Məhdiyə Şadmani məlumat verib.

O, Qənbərinin dəfn mərasiminin keçiriləcəyini açıqlayıb.

Xatırladaq ki, Əli Şamxani fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində həyatını itirib.

Milli.Az