Peruda, And dağlarında turistləri daşıyan avtobusun yamacdan aşması nəticəsində azı doqquz nəfər ölüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Yerli yanğınsöndürmə xidmətlərinin məlumatına görə, qəza zamanı nəqliyyat vasitəsində təxminən 25 nəfər - turistlər və onların bələdçiləri olub.
Peru Səhiyyə Nazirliyi 15 yaralının dörd xəstəxanaya aparıldığını təsdiqləyib.
Hazırda ölənlərin milliyyəti müəyyən edilir və onların arasında əcnəbilərin olub-olmadığı barədə məlumatlar dəqiqləşdirilir.
Qəzaya dağ yolunda görünüşü əhəmiyyətli dərəcədə azaldan qatı dumanın səbəb olduğu düşünülür.
Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Milli.Az