İran hərbçiləri istifadə etdikləri raketlərin üzərinə İspaniya Baş naziri Pedro Sançesin fotosunu vurublar.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.
Raketlərin üzərində Sançesin fotosu ilə yanaşı onun ABŞ və İsrailin İranla bağlı həyata keçirdiyi əməliyyata dair açıqlamaları da vurğulanıb:
"Əlbəttə, bu müharibə təkcə qanunsuz deyil, həm də qeyri-insanidir. Təşəkkürlər, Baş nazir".
Xatırladaq ki, İspaniya Baş naziri öz bəyanatlarında İrana qarşı əməliyyatı tənqid edib.
Milli.Az