Cəmiyyətlərin və hər iki ölkənin hakimiyyət nümayəndələrinin ritorikasında bir-birinə qarşı aqressiya və düşmənçilik azalır.
Milli.Az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq deyib.
"Bütün məsələlərin həll olunduğunu, heç bir problem olmadığını və Ermənistan ilə Azərbaycan arasında sülhün tamamilə problemsiz olduğunu demək - bu, həddindən artıq şişirtmədir. Nəhayət, uzun illər davam edən münaqişə olub, çox qan tökülüb və yaralar hələ də təzədir", - nazir bildirib.
Lakin onun sözlərinə görə, hər iki dövlət arasında bir-birinə qarşı aqressiya və düşmənçilik getdikcə azalır. /APA
Milli.Az