33 yaşlı Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

23 Mart 2026 12:49

Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib.

Mərhumun nəşi bu gün doğulduğu kəndə gətirilərək dəfn olunub. 

Milli.Az