Osimhen Türkiyədən klub alır

23 Mart 2026 17:48

"Galatasaray"ın hücumçusu Viktor Osimhen Türkiyənin 1-ci Liqa komandası İstanbulspor-u almaq niyyətindədir.

Milli.Az xəbər verir ki, Osimhenin məqsədi yalnız klub sahibi olmaq deyil, həm də Nigeriya ilə Türkiyə arasında böyük bir futbol körpüsü qurmaqdır. Layihənin birinci mərhələsi olaraq Nigeriyada xüsusi futbol filialı və akademiya yaradılacaq.

Bu akademiya perspektivli Nigeriya gənclərini erkən yaşda kəşf edib ixtisaslaşdırılmış təlimlə təmin edəcək. Gənc oyunçular əvvəlcə İstanbulspor-da təcrübə qazanacaq və daha sonra Avropa klublarına transfer olunacaqlar.

Milli.Az