Ağdaşda qadının oğlu tərəfindən öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Milli.Az-a Ağdaş rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon ptokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
--------
10:13
Bu gün səhər 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində qətl hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, kənd sakini 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Araşdırma aparılır.
Milli.Az