ABŞ-ın İranla müharibə fonunda Xark adasını ələ keçirmək planı hazırladığı iddia olunur.
Milli.Az xəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, vəziyyətlə tanış olan iki mənbə nəşrə bildirib ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri son günlərdə İsrail və digər ölkələrdəki həmkarlarına Vaşinqtonun İranın Xark adası üzərində nəzarəti ələ keçirmək üçün quru əməliyyatına başlamaq variantını müzakirə etdiyini bildiriblər.
Bildirilir ki, ABŞ əməliyyata hazırlaşmaq məqsədilə elit dəniz piyadaları və əlavə qüvvələr daxil olmaqla təxminən 4500 hərbçidən ibarət kontingent göndərib.
Milli.Az